Stil sahibi kişilər və xanımlar üçün 2026-cı ilin ən populyar saat brendləri

Stil sahibi kişilər və xanımlar üçün 2026-cı ilin ən populyar saat brendləri

Doğru saat seçimi sadəcə zamanı izləmək üçün deyil, həm də fərdi üslubunuzu və xarakterinizi ortaya qoymağın ən bəsit yoludur. Bu gün bazarda yüzlərlə fərqli marka olsa da, bəzi brendlər həm keyfiyyəti, həm də əlçatan qiyməti ilə ön plana çıxır. Əgər siz də həm cibinizə uyğun, həm də qolunuzda lüks görünəcək bir model axtarırsınızsa, düzgün ünvandasınız.

Azərbaycanın etibarlı onlayn saat platforması olan Piwatch.az olaraq, bu bloq yazımızda son dövrlərin ən çox tələb olunan və trenddə olan saat brendlərini analiz etdik.


Niyə Naviforce saatları bu qədər populyardır?


Həm idman, həm də gündəlik üsluba uyğun gələn bir model axtarışındasınızsa, ağla gələn ilk seçimlərdən biri Naviforce brendidir. Qiymət-performans nisbətinə görə öndə olan bu saatlar, xüsusilə dinamik həyat tərzi sürən kişilərin sevimlisidir.

Naviforce watch modellərinin bu qədər sevilməsinin əsas səbəbləri bunlardır:

  • Davamlılıq: Paslanmaz polad korpus və zərbəyə davamlı şüşə.

  • Funksionallıq: Həm analoq, həm də rəqəmsal (dual time) ekran funksiyaları.

  • Suya davamlılıq: Gündəlik istifadədə (yağış, əl yuma) tam qoruma.

Əgər siz də həm büdcənizi yormayan, həm də uzun illər istifadə edə biləcəyiniz bir model axtarırsınızsa, Piwatch.az-dakı kolleksiyasılarımıza mütləq göz atmalısınız.


Sergio Tacchini: İtalyan dəbi və idman zərifliyi

 

İtalyan stilini qolunda daşımaq istəyənlər üçün Sergio Tacchini mükəmməl alternativdir. Əslində idman geyimləri ilə tanınan bu brend, saat istehsalında da eyni dinamikliyi və zərifliyi qoruyub saxlayır.

Sergio Tacchini saatları klassik və idman üslubunu elə bir balansla birləşdirir ki, bu saatları həm iş görüşmələrində kostyumla, həm də həftəsonu rahat geyimlərlə kombinləmək mümkündür. Yüksək keyfiyyətli dəri və polad kəmər seçimləri ilə bu modellər xüsusi zövq sahiblərinə xitab edir.


Santa Barbara Polo & Racquet Club: Prestij və Klassika

Daha elit, aristokratik və ağır bir görünüş axtaranlar üçün Santa Barbara Polo & Racquet Club saatları ideal seçimdir. Brendin loqosu və dizayn xətləri tamamilə lüks polo klublarının atmosferini əks etdirir.

Bu brendin saatları detallara verilən önəmlə fərqlənir. Xüsusi siferblat dizaynları, xronoqraf funksiyaları və premium materiallar Santa Barbara Polo & Racquet Club modellərini sadəcə bir aksessuardan daha çox, status göstəricisinə çevirir.

 

Niyə Piwatch.az-dan almalı?

Biz müştərilərimizə nə təqdim etdiyimizi dəqiq bilirik. Bazardakı aşağı keyfiyyətli replikalarla bizi qarışdırmayın. Piwatch.az olaraq, yalnız A++ premium sinif (AAA Class) dizaynları seçib sizə təqdim edirik. Məqsədimiz sizə ən uyğun qiymətə, ən yüksək vizual keyfiyyəti və dözümlülüyü çatdırmaqdır.

 

 

 

Bloqa qayıt